Azərbaycanda ÜDM 7,2% artıb - Nazirdən AÇIQLAMA

2022-ci il yanvar-aprelində Azərbaycanda Ümumi Daxili Məhsul əvvəlki ilin müvafiq dövrünə nisbətən, 7,2% artaraq 39 mlrd. 554,8 mln. manat olub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də paylaşım edib.
Nazir bu artımı Azərbaycan iqtisadiyyatında pandemiyadan sonra qeydə alınan sürətli bərpa prosesinin davamı olaraq qiymətləndirib.
ÜDM istehsalının 54,4%-i sənaye, 8,4 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,0 %-i tikinti, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 %-i informasiya və rabitə, 1,0 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,6 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 %-ni təşkil edibş
Əhalinin hər nəfərinə düşən ÜDM 922,2 manata bərabər olmuşdur.
www.anews.az
Nazir bu artımı Azərbaycan iqtisadiyyatında pandemiyadan sonra qeydə alınan sürətli bərpa prosesinin davamı olaraq qiymətləndirib.
"Qeyri-neft-qaz sektoru üzrə isə 11,4% artaraq, 19 mlrd. 469,1 mln. manat olub. Belə ki, 2021-ci ilin ilk 4 ayı ərzində ÜDM əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 0,2% az idi. Qeyri-neft-qaz sektoru üzrə ÜDM isə ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-aprel aylarına nisbətən cəmi 4,1% artıb", - o deyib.
Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2022-ci ilin yanvarında ölkədə 9257,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 % çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 8,8% artıb.
ÜDM istehsalının 54,4%-i sənaye, 8,4 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,0 %-i tikinti, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 %-i informasiya və rabitə, 1,0 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,6 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 %-ni təşkil edibş
Əhalinin hər nəfərinə düşən ÜDM 922,2 manata bərabər olmuşdur.
Ümumi Daxili Məhsul verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir.
Ləman Qasımova
www.anews.az