• $
  • £

Ukraynalı qrup Avroviziya mükafatını hərraca çıxarıb

Ukraynalı qrup Avroviziya mükafatını hərraca çıxarıb
31.05.2022 13:09
2022 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olan Ukraynanın Kalush Orchestra qrupu mükafatını hərraca çıxarıb. Bu barədə qrup üzvləri məlumat yayıb.

Qrup mayın 29-da mikrofon şəklində cilananmış ikonik büllur mükafatının nüsxəsini Ukraynanın internetdəki kriptovalyuta birjasına satdığını elan edib. Məqsəd  Rusiya qüvvələrinə qarşı ölkənin müharibə xərcinə yardım etməkdir.

"Kuboku 900.000 dollara alan və hazırda qanuni sahibləri olan Whitebit komandasına xüsusi təşəkkürlər", - Kalush Orchestra qrupu bildirib.

Qrup həmçinin mayın 29-da Berlində xeyriyyə konserti zamanı solist Oleq Psyukun imzası olan çəhrayı panama papağının lotereya satışını həyata keçirib. Satışdan əldə edilən bütün vəsait Ukrayna ordusunun dəstəklənməsinə sərf ediləcək.

Hərracın təşkilatçısı olan teleaparıcı Serqey Prytula bir müddət əvvəl bildirmişdi ki, məqsəd yığılan vəsaitlə Ukrayna istehsalı olan PD-2 hərbi pilotsuz təyyarələr almaqdır.
 
Cari il mayın 15-də İtaliyanin Turin şəhərində keçirilən 66-cı "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib. Ümumilikdə 25 ölkənin vəsiqə qazandığı final mərhələsində 631 səslə Ukrayna (Kalush Orchestra - Stefania) bütün rəqiblərini qabaqlayaraq müsabiqənin qalibi olub. Britaniya ikinci, İspaniya isə üçüncü olub. Azərbaycan təmsilçisi Nadir Rüstəmli 106 səslə müsabiqədə 16-cı olub. Yunanıstan, Serbiya və İspaniya milli münsiflər heyəti Azərbaycana 12 səs verib.
 
Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. 

Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.

Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.

Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.

Rusiyanın fevralın 24-də hərbi müdaxiləsi başlayandan mayın 16-dək Ukraynada 3 752 dinc sakin ölüb, 4 062 nəfər yaralanıb. Məlumatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsi yayıb. Bildirilib ki, 1 406 kişi, 927 qadın, 86 qız, 96 oğlan, 68 uşaq, 1 169-u yaşlı olmaqla 3 752 dinc sakin öldürülüb, 675 kişi, 472 qadın, 96 qız, 104 oğlan, eləcə də 88 uşaq, 2 550-si yaşlı olmaqla 4 062 dinc sakin yaralanıb.
 
Rusiya ordusunun Ukrayna ərazisindəki davranışları Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırılır. Məhkəmənin baş prokuroru Kərim Xan bildirib ki, o, mümkün hərbi cinayətləri araşdırmaq üçün 42 müstəntiq, səhiyyə ekspertləri və digər mütəxəssislərdən ibarət qrup göndərib. 


Ləman Qasımova




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Dünya 11:07
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
Dünya 13:18
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
İran ABŞ-la danışıqlara hazırdır
Dünya 15:28
İran ABŞ-la danışıqlara hazırdır
 Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Dünya 13:35
Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb  - Video
Dünya 15:29
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb - Video
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Dünya 23:21
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Dünya 06:29
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Rusiya  taxıl müqaviləsini uzatmayacağını bildirib
Dünya 16:17
Rusiya taxıl müqaviləsini uzatmayacağını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol