• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycanın ən yaxşı ixracatçıları açıqlanıb

Azərbaycanın ən yaxşı ixracatçıları açıqlanıb
31.05.2022 13:12
Azərbaycanda qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-aprel aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib. Bu reytinq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın may sayında yerləşdirilib.

Qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğuna 65,8 milyon ABŞ dollarla (il ərzində 26,7 % artıb) "MKT İstehsalat Kommersiya” MMC liderlik edir.
Digər yerləri isə 32,9 milyon ABŞ dollarla "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (43 % artıb), 23,6 milyon ABŞ dollarla "P-Aqro” MMC (9,3 % artıb), 15,6 milyon ABŞ dollarla "Aqrovest” MMC (2,6 dəfə artıb), 13,8 milyon ABŞ dollarla "STP Alüminium” MMC (69 dəfə artıb), 13,1 milyon ABŞ dollarla "Mors Trading” MMC (əvvəlki il olmayıb), 12,2 milyon ABŞ dollarla "ZR-78 Company” MMC (əvvəlki il olmayıb), 9 milyon ABŞ dollarla "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC (32,3 % artıb), 8,9 milyon ABŞ dollarla "Çinar Aqro” MMC (əvvəlki il olmayıb), 8,7 milyon ABŞ dollarla "Product Service” MMC (əvvəlki il olmayıb) bölüşür.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” (208,4 milyon ABŞ dolları; illik müqayisədə 3,1 dəfə çox) başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "SOCAR Polymer” MMC (72 milyon ABŞ dolları; 59,3 % çox), "Azərenerji” ASC (33,2 milyon ABŞ dolları; 43,7 % çox), "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC (28,2 milyon ABŞ dolları; 18,5 % az), "AzerGold” QSC (25,1 milyon ABŞ dolları; 18 % az), "Azəripək” MMC (0,8 milyon ABŞ dolları; 14,3 % çox), "Azərbaycan Hava Yolları” QSC (0,7 milyon ABŞ dolları; 12,5 dəfə çox), Naxçıvan MR Dövlət Energetika Xidməti (0,3 milyon ABŞ dolları; 50 % çox), "Azərbaycan Dəmir Yolları” QSC (0,3 milyon ABŞ dolları; 4 dəfə az).

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol