Dünya Bankının regional direktorları Bakıya gələcək

Dünya Bankının Bərabər İnkişaf, maliyyə və institutlar üzrə regional direktoru Lalita Murti (Lalita Moorty) və qurumun Cənubi Qafqaz üzrə regional direktoru Sebastyan Molineus sabah Bakıya gələcək.
Səfər iyunun 3-dək davam edəcək.
Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bank Azərbaycanda bir çox milli inkişaf prioritetlərini - insan kapitalının inkişafı, infrastruktura, ictimai xidmətlərə və iş yerlərinə çıxışın genişləndirilməsi, kənd təsərrüfatının rəqabət qabiliyyətinə və kənd yerlərinin inkişafına sərmayə qoyulması, məcburi köçkünlərə dəstəyi və s. əhatə edən və ümumi dəyəri 4,4 milyard ABŞ dollarından artıq olan 50-dən çox layihəni maliyyələşdirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər