• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

TANAP ilə 29 milyard kubmetr Azərbaycan qazı nəql edilib

TANAP ilə 29 milyard kubmetr Azərbaycan qazı nəql edilib
02.06.2022 10:08
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz"dən indiyədək 163 milyard dollardan çox  gəlir əldə edilib. Bunu energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.


"Bu günə kimi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda və "Şahdəniz" qaz-kondensat yatağında 555 mln. ton neft hasil edilib. Sözügedən yataqlardan indiyədək 168 milyard kubmetr qaz və 36 milyon tona yaxın qaz kondensatı hasil edilib", - nazir əlavə edib. 

Şahbazov vurğulayıb ki , indiyənədək Trans-Anadolu kəməri ilə  Türkiyəyə 29 mlrd. kubmetr qaz nəql edilib.

"Cari ilin beş ayında TANAP-la 6,8 milyard kubmetr qaz nəql edilib, ilin axırına kimi isə bu göstəricinin 16 mlrd. kubmetrə çatacağı gözlənilir. Bu il Avropaya 10 mlrd. kubmetr qaz nəql ediləcək", - nazir deyib.

İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi ("Baku Energy Week”) öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə və forumda 30 ölkədən 249 şirkət qatılır. Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.

Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
İqtisadiyyat 21:22
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
İqtisadiyyat 18:10
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
İqtisadiyyat 07:34
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
Azərbaycanda neft hasilatı 4,8% azalıb
İqtisadiyyat 18:24
Azərbaycanda neft hasilatı 4,8% azalıb
BP Azərbaycanda qaz hasilatını artırıb
İqtisadiyyat 15:03
BP Azərbaycanda qaz hasilatını artırıb
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
İqtisadiyyat 20:37
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol