Cənub Qaz Dəhlizi İtaliya və Avropa üçün son dərəcə əhəmiyyətlidir

Cənubi Qaz Dəhlizi Avropa və İtaliya üçün vacib rol oynayır. Bunu İtaliyanın ekoloji keçid nazirliyinin dövlət katibinin müavini Vannia Gava Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.
"TANAP-ın real potensialının artırılması mühümdür. Boru kəməri ilə 2022-ci ildə İtaliyaya 4 milyard kub metr qaz idxal edilib. Biz ikinci fazaya yaxınlaşırıq. Düşünürəm ki, gələcəkdə kəmərin potensialı 20 milyard kub metrə qədər artırıla bilər. Bu da qazın diversifikasiya kömək edəcək. Cənubi Qaz Dəhlizinin potensialının çoxalması Xəzər təbii qazının Yunanıstan, İtaliya və Cənubi balkanlara qədər ötürülməsinə şərait yaradacaq", Gava deyib.
www.anews.az

Cənub Qaz Dəhlizinin seqmentlərini "Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan "Şahdəniz Alfa” və "Şahdəniz Bravo” platformalarından birgə qaz hasil edilir.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər