Rusiyanın neft hasilatı gündəlik 1 milyon barel azalıb

Rusiyanın neft hasilatı gündəlik 1 milyon barel azalıb. Bunu Beynəlxalq Enerji Forumunun (IEF) baş katibi Cozef Makmoniqlen deyib.
Rusiyaya Ukraynaya hücum ilə bağlı tətbiq olunan sanksiyalara görə oranın müxtəlif sahələr üzrə ixracı azalır. Bu qlobal səviyyədə də özünü göstərir. Bu milyon barel bilinmir ki, yaxın müddətdə bərpa olunacaq ya yox. Hətta ehtimal var ki, bu 3 -4 milyon barelə çata bilər. Rusiyanın 4,5 milyon barel ixracına qarşı kifayət qədər ehtiyat olmalıdır ki, bazarın tələbatını təmin olunsun",- Cozef Makmoniqlen deyib
Cari il mayın 26-da Rusiya Baş nazirinin müavini Aleksandr Novaka bildirib ki, 2022-ci ildə Rusiyada neft hasilatı 480-500 milyon tona qədər azala bilər.
Rusiya 2021-ci ilin yazından etibarən neft hasilatını tədricən artırmağa başlamışdı. Lakin Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı Moskvaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar Rusiyada xam neftin kəşfiyyatına, hasilatına və emalına investisiya yatırımlarını qadağan edib. RF-nin maliyyə naziri Anton Siluanovun sözlərinə görə, ölkə 2022-ci ildə sanksiyalar səbəbindən neft hasilatının 17%-ni itirə bilər.
Ekspertlərin proqnozuna görə, Bu ilin nəticələrinə əsasən, Rusiyada 2004-cü ilin minimumunadək enərək, 9,6 mln. barel təşkil edə bilər.
www.anews.az

Ləman Qasımova
www.anews.az