İRENA - Yaşıl hidrogen" istehsalı karbon emissiyasını 12 % azalda bilər

"Yaşıl hidrogen" istehsalı karbon emissiyasının 12% azalda biləcək ki, bu da , 2030-cu ilə qədər temperaturun 1,5 dərəcə aşağı düşməsinə kömək olacaq. Bunu Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (İRENA) baş direktoru Françesko La Kamera söyləyib.
İRENA rəsmisi hesab edir ki, bərpa olunan enerji sektoruna ciddi investisiyalar qoyulmalıdır.
Agentliyin araşdımalarına görə, 2030-cu ilə qədər 7 trilyon ABŞ dolları məbləğində investisiyanın yatırılmasına ehtiyac var.
"Nütün bunlar isə bizə Paris Sazişinin müddəalarını yerini yetirməyə imkan verir. Hesablamamıza görə, investisiyaların artırılması bərpaolunan enerji sektorunda 90 milyona yaxın iş yerinin yaradılması ilə nəticələnəcək", Françesko La Kamera qeyd edib.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) - 26 yanvar 2009-cu il tarixində Bonn şəhərində təsis edilib. İRENA beynəlxalq səviyyədə bərpa olunan enerji sahəsi üzrə ən mötəbər beynəlxalq təşkilatlardan sayılır. Yarandığı dövrdən indiyə kimi təşkilata artıq 163 dövlət üzv olmuş və 21 dövlət isə üzvlüyə namizəddir.
Azərbaycan Respublikası 2009-cu ildən İRENA-nın üzvlüyünə qəbul edilib və 2014-cü il mayın 2-də Milli Məclisin qərarı ilə İRENA-nın nizamnaməsinin ratifikasiyası ilə onun tamhüquqlu üzvü olub.
www.anews.az

Ləman Qasımova
www.anews.az