Yeni texnologiyalar ilə enerjiyə qənaət etmək mümkün olacaq

Yeni texnologiyaların köməyi ilə enerjinin 40 %-dən çoxuna qənaət etmək mümkün olacaq. Bu barədə "Baker Hughes" şirkətinin baş icraçı direktoru Lorentso Simonelli açıqlama verib.
"Enerji səmərəliliyi barədə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq prosesində çox enerji itirilir. Yeni texnologiyalar səmərəliliyi artıracaq, sıfır tullantı hədəfinə çatmağa töhfə verəcək", - şirkət rəsmisi dedi.
Baker Hughes dünyanın üçüncü ən böyük neft və qaz servis şirkətidir. Şirkətinin xidmətləri siyahısına qazma, ehtiyatların qiymətləndirilməsi və yataqların inkişafı daxildir. 90-dan artıq ölkədə fəaliyyət göstərən şirkətin baş ofisi Hyustonda yerləşir.
Ləman Qasımova
www.anews.az