Qaradağda inşa edilən stansiya nə vaxt hazır olacaq?

Qaradağda inşa edilən 240 MVt gücündə günəş elektrik stansiyası növbəti ilin sonuna qədər tamamlanacaq. Bunu "Masdar" şirkətinin Mərkəzi Asiya və Rusiya üzrə İnkişaf və investisiya departamentinin rəhbəri Abdulla Zayed deyib.
"Bununla da ölkədə 110 min evi enerji ilə təmin etmək mümkün olacaq. Bu, struktur, maştabı baxımından ilk böyük layihə hesab edilir", - Zayed vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji üzrə böyük potensial var.
"Azərbaycanı bərpa olunan enerji mənbələri üzrə region mərkəzi kimi görürük. Külək, günəş enerjisindən istifadə ilə bağlı layihələrin daha da inkişaf etdirmək istəyirik", - şirkət rəsmisi deyib.
Ləman Qasımova
www.anews.az