Dünya yeni iqtisadi qasırğaya hazırlaşır - Azərbaycanı nə gözləyir?

ABŞ-ın ən böyük bankı iqtisadi qasırğaya hazırlaşır. Bu barədə "JPMorgan
Chase” in icraçı direktoru,banker Jamie Dimon Nyu-Yorkda mmaliyyə konfransında
çıxışı zamanı bildiribş
Dimon digər bankirlərə də qarğışalacaq qasırğadan sığortalanmağıı tövsiyə edib.
"Bilirsiniz, mən demişdim ki, göy gurultusu var, amma bu proqnozu dəyişdirəcəyəm. İndi isə deyirəm bu, qasırğadır. Hazırda şərtlər yaxşı görünsə də, bu heç kimi çaşdırmasın. İndi sanki günəşlidir və hər şey yaxşı gedir. Hər kəs FED-in hər şeyin öhdəsindən gələ biləcəyini düşünür. Amma qasırğa irəliləyir və biz də ona doğru gedirik. Qarşıdan gələn tənəzzülə iki amil təsir edir. Birincisi FED(Federal Ehtiyatlar Şurası) təcili istiqraz alışı proqramlarını ləğv edəcəyini və balansını azaldacağını açıqlayıb. Daha sadə desək, kəmiyyət sərtləşdirilməsi siyasətini irəli sürüb. Bizdə heç vaxt belə bir QT(kəmiyyət sıxlığı) olmayıb, ona görə də tarix kitablarında nələrin yazılacağının şahidi olursunuz. Bəzi kəmiyyət yumşaltma tədbirləri, o cümlədən mənfi dərəcələr də daxil olmaqla "əks effekt” verib. Tənəzzülə gətirib çıxaran ikinci əsas amil Ukraynadakı münaqişə və onun ərzaq və yanacaq da daxil olmaqla, digər məhsulların tədarükünə təsiridir. Nəticələrdən biri neftin bahalaşması olacaq. Qiymətlər 150 və ya 175 dollara çatacaq".
Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü millət vəkili Vüqar Bayrovun sözlərinə görə ABŞ-da bank sektorunda müflisləşmə baş verərsə bu qlobal bank sektoruna öz təsiri göstərəcək.
"ABŞ bank sektoru qlobal maliyyə sistemi üçün çox vacibdir. 2018-ci ildə baş verən iqtisadi böhran ABŞ-da bir sıra bankların müflisləşmə təhlükəsindən yarandı.Azərbaycan bankları hələlik ABŞ bankları ilə əməkdaşlıq etmir və bizim ölkəni xüsusi təhlükə göstərmir. Lakin qlobal arenada maliyyə problem yaranarsa dünyadakı banklar dolayısı yolla mənfi təsirlərlə üzləşə bilər”, - deputat bildirib.
İqtisadi məsələlər üzrə ekspert Elman Sadıqovun sözlərinə görə, isə dünyada belə bir resessiya( Texniki olaraq, ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olması halı resessiya sayılır) gözlənilmir.
"2021-ci ildə dünya iqtisadiyyatı kiçilib.Bir iqtisadiyyatda ÜDM artımı illik 10 faiz olubsa, amma həmin iqtisadiyyatda illik inflyasiya 8 faiz olubsa 10-8 çıxılır və iqtisadiyyatın böyüməsi 2 faiz hesablanır. Artım da qiymətlərin bahalaşmasə hesabına olduğu üçün bu real böyümə sayılmır”, - ekspert bildirib.
Ekspertin fikrincə real iqtisadiyyatın böyüməsi üçün müəyyən vaxt lazımdır.
Pandemiya dövründə tədarük zənciri qırılmışdı. Daşınmada problemlər,iqtisadiyyatda,emallarda kəsintilər və.s dünya iqtisadiyyatını geri atdı. Əslində bu proseslərdən yavaş-yavaş çıxmağa hazırlaşmaq olacaqdı ki, ortaya Rusiya -Ukrayna müharibəsi çıxdı. Nəticədə dünyada bir çox yeni iqtisadi problemlər yaranmağa başladı. İnflyasiyanın stimullaşması üçün bərpaedici tədbirləri görmək mümkün olmadı. Əslində elə bir şok ressesiya baş verməlidir ki, dünya iqtisadiyyatı yenidən bərpa olunsun.Necə olacaq bilinmir, amma Jamie Dimonun çıxışı nı hesablanmış bir bəyanət adlandırmaq olar.
Sadıqovun sözlərinə görə ressesiya baş verəcəksə dünyada qaza və neftə olan tələbat azalacaq.
BVF-nin yanvar proqnozu ilə müqayisədə dünya üzrə iqtisadi proqnozu 2022 və 2023-cü illərdə 3,6 faizədək azalma istiqamətində yenidən baxılıb. Bu, Ukrayna üçün müharibənin və Rusiya üçün sanksiyaların birbaşa nəticələrini əks etdirir və hər iki ölkədə kəskin böhran proqnozlaşdırılır. Bu il üçün iqtisadi artımın proqnozuna müharibənin dolayı effektlərinə görə Avropa İttifaqı üçün 1,1 faiz punkt endirilməsinə yenidən baxılıb.
BVF bildirib ki, müharibə son bir neçə ildə dünya iqtisadiyyatını bürümüş təkliflər sırasında daha bir sarsıntıya çevrildi. Seysmik dalğalara bənzər onun nəticələri xammal, ticarət və maliyyə bazarlarında sürətlə yayılacaqdır. Rusiya və Ukrayna, buğda və qarğıdalı ilə yanaşı, neft, qaz və metalların böyük təchizatçısıdırlar. Bu malların tədarükünün azalması onların qiymətinin kəskin artmasına səbəb olub. Avropa, Qafqaz və Mərkəzi Asiya, Yaxın Şərq, Şimali Afrika və Afrika, xammal məhsullarının idxalçıları bu vəziyyətdən daha çox əziyyət çəkir. Bununla yanaşı, ərzaq və yanacaq qiymətlərinin artması bütün dünyada, o cümlədən Şimali və Cənubi Amerika və Asiyada aşağı gəlirli kiçik təsərrüfatlarının vəziyyətini çətinləşdirəcək.
www.anews.az

"Bu
gün dünyada alternativ enerji tərəfdarları qalib gəlir və bu sahəyə investisiya
qoyurlar.Nəticədə isə qaz və neftin qiyməti düşəcək. Bu da neft və qaz ölkəsi
olduğumuza görə bizə mənfi təsirlərini göstərə bilər”, - ekspert vurğulayıb.
Beynəlxalq Valyuta Fondu bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar olaraq dünya iqtisadi proqnozları pisləşib. Bu böhranın başlanmasına qədər dünya iqtisadiyyatı pandemiyadan hələ tam bərpa olmamışdı.
BVF-nin yanvar proqnozu ilə müqayisədə dünya üzrə iqtisadi proqnozu 2022 və 2023-cü illərdə 3,6 faizədək azalma istiqamətində yenidən baxılıb. Bu, Ukrayna üçün müharibənin və Rusiya üçün sanksiyaların birbaşa nəticələrini əks etdirir və hər iki ölkədə kəskin böhran proqnozlaşdırılır. Bu il üçün iqtisadi artımın proqnozuna müharibənin dolayı effektlərinə görə Avropa İttifaqı üçün 1,1 faiz punkt endirilməsinə yenidən baxılıb.
BVF bildirib ki, müharibə son bir neçə ildə dünya iqtisadiyyatını bürümüş təkliflər sırasında daha bir sarsıntıya çevrildi. Seysmik dalğalara bənzər onun nəticələri xammal, ticarət və maliyyə bazarlarında sürətlə yayılacaqdır. Rusiya və Ukrayna, buğda və qarğıdalı ilə yanaşı, neft, qaz və metalların böyük təchizatçısıdırlar. Bu malların tədarükünün azalması onların qiymətinin kəskin artmasına səbəb olub. Avropa, Qafqaz və Mərkəzi Asiya, Yaxın Şərq, Şimali Afrika və Afrika, xammal məhsullarının idxalçıları bu vəziyyətdən daha çox əziyyət çəkir. Bununla yanaşı, ərzaq və yanacaq qiymətlərinin artması bütün dünyada, o cümlədən Şimali və Cənubi Amerika və Asiyada aşağı gəlirli kiçik təsərrüfatlarının vəziyyətini çətinləşdirəcək.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər