• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Ukrayna faiz dərəcəsini Avropada ən yüksək səviyyəyə qaldırıb

Ukrayna faiz dərəcəsini Avropada ən yüksək səviyyəyə qaldırıb
07.06.2022 13:51
Ukraynanın mərkəzi bankı faiz dərəcəsini iki dəfədən çox artıraraq, istənilən Avropa ölkəsi üçün ən yüksək səviyyəyə - 25%-ə çatdırıb. Bu barədə BBC xəbər agentliyi məlumat verib.

Bu addım yüksələn inflyasiyanı ləngitmək və fevralda Rusiyanın işğalından sonra valyutanın daha da çökməsinin qarşısını almaq məqsədi daşıyır.

Müharibə başlayandan bəri müəssisələr bağlanmağa məcbur olub və əsas təchizat zəncirləri kəsilib.

Dünya Bankı Ukrayna iqtisadiyyatının bu il 45%-ə qədər kiçilə biləcəyini proqnozlaşdırır.

Ukraynada inflyasiyanın səviyyəsi - və ya yaşayış minimumu - 17%-ə yüksəlib və ölkənin mərkəzi bankının məlumatına görə, bu il 20%-ə çatmaq üzrədir.

Ukrayna Milli Bankı bildirib ki, uçot dərəcəsinin 10%-dən 25%-ə qədər artırılması vətəndaşların əmanətlərini artan inflyasiya tərəfindən yeyilməkdən qorumağa kömək edəcək.
 
Ukraynanın pul vahidi qrivna da Rusiyanın işğalından sonra ciddi təzyiqlərə məruz qalıb və kəskin dəyər itirib. Mərkəzi Bank, faiz artımının bu gərginliyin bir hissəsini azaldacağına və valyutanı sabitləşdirəcəyinə ümid etdiyini söyləyib.

Bu, Ukraynanın müharibə başlayandan bəri ilk faiz artımıdır və bank inflyasiya yenidən nəzarət altına alındıqdan sonra yenidən dərəcələri azaltmağa gedəcəyini bildirir.

Kiyev İqtisadiyyat Məktəbinin məlumatına görə, Ukrayna şəhərlərinin infrastrukturuna 100 milyard dollardan çox ziyan artilleriya atəşi və hava zərbələri nəticəsində dəyib, 14 milyon vətəndaş isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Kiyevdə yerləşən Dragon Capital investisiya bankının məlumatına görə, hərbi müdafiəsini gücləndirmək və dolanışıq vasitələrini itirmiş vətəndaşları dəstəkləmək üçün hökumət xərclərini sürətlə artıraraq, büdcə kəsirini ayda 27% artıraraq may ayında 7,7 milyard dollara çatdırıb.

Banklar həmçinin Rusiyanın hazırda nəzarət etdiyi ərazilərdə biznesə verilən kreditlərin, yəqin ki, heç vaxt geri qaytarılmayacağını qəbul etməyə məcbur olublar ki, bu da ölkə iqtisadiyyatına növbəti böyük maliyyə zərbəsidir.

Rusiyanın qonşu Ukraynaya təcavüzündən 104 gün keçir və döyüşlər başlayandan bəri 4500 dinc sakin həlak olub. Xəstəxanalar və məktəblər dağıdılıb, limanlar blokadaya alınıb, Ukrayna iqtisadiyyatının əsasını təşkil edən ixracatdan uzaqlaşdırılıb.

Dünyada smartfon və avtomobilləri gücləndirən mikroçiplərin istehsalı üçün vacib olan neon qazının təqribən 50%-i yalnız iki Ukrayna şirkətinin payına düşür.

Bundan əlavə, dünya arpa ixracının 18%-dən çoxu, qarğıdalının 16%-i və buğdanın 12%-i Ukraynanın tarlalarından əldə edilir.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
İqtisadiyyat 13:05
Yelo Bank-ın bahar fürsəti davam edir - illik cəmi 9.9% ilə kredit!
Yelo Bank’s spring loan offer continues!
İqtisadiyyat 13:04
Yelo Bank’s spring loan offer continues!
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
İqtisadiyyat 12:59
Ötən il “Azərpoçt” vasitəsilə köçürülən məbləğ açıqlanıb
Ölkədə qeyri-neft-qaz ixracı artıb
İqtisadiyyat 12:54
Ölkədə qeyri-neft-qaz ixracı artıb
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
İqtisadiyyat 12:47
Azərbaycanda nağdsız əməliyyatların sayı artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol