McDonald's kartof fri böhranı yaşayır

Dünyada ən iri fast food istehsalçısı və satıcısı olan ABŞ-ın McDonald's Yaponiya istehlakçılarını kartofdan hazırlan kartof fri ilə təmin edə bilmir. Buna da səbəb ərzaq məhsularının tədarükü ilə bağlı dünyada yaşanan böhrandır. Bu barədə BBC xəbər verir.
Şirkət bildirib ki, kartof frinin hazırlanması üçün istifadə olunan kartof sortları nəqliyyat çətinlikləri səbəbindən yolda qalıb.
Nəticədə keçən həftənin cümə günündən dekabrın 30-a kimi McDonald's Yaponiyda kartof frinin kiçik porsiyalarla satmaq barədə qərar verib. Belə ki, hazırda Yaponiyada böyük və orta ölçükü karton qablarda kartof fri satılmır.
«McDonald’s Japan bununla bütün müştərilərin bu məhsuldan yeyə bilməsinə şərait yaratmaq istəyir.
«Müştərilər əvvəlki qaydada kiçik ölçüdə olan kartof fri sifariş edə bilərlər. Bu günə bu məhsulun satışı ilə bağlı hər hansı fasiləyə yol verilməyib", - BBC-də bildirilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər