Bakıda türkiyəli pilot cərimələnib - Səbəb açıqlandı
"Charouz Racing System"də çıxış edən türkiyəli "Formula 2" pilotu Cem Bölükbaşı Bakıda baş vermiş hadisəyə görə cərimələnib.
Buna 24 yaşlı sürücünün atası Yavuz Bölükbaşının və meneceri Temuçin Ünalpın DAMS komandasının qarajına gedərək israilli sürücü Roy Nissanin məşqçisi Françesko Martinezlə mübahisə etməsi səbəb olub.
İnsident zamanı Yavuz Bölükbaşı və Martinez bir-birilərini itələyiblər. Buna görə türkiyəli pilota 5 000 avro cərimə tətbiq olunub.
Roy Nissani və Cem Bölükbaşı Azərbaycan Qran-prisində bir-birilərinə toxunduqdan sonra qoruyucu səddə çırpılıblar. Hadisədən sonra israilli sürücü "trasda bir axmaq var" ifadəsini işlədib. Bölükbaşı isə "o mənə toxundu" deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox