Azərbaycanda pullu insan çoxdur - ABŞ şirkətindən şərh

Azərbaycanda pullu insan çox olsa da startaplara vəsait yatıran isə azdır. Bunu innovasiya ekosistemi nümayəndələri ilə görüşdə çıxış edən ABŞ-ın "Technovate İnvestments”i şirkətinin qurucusu Fərid İsmayılzadə deyib.
İsmayılzadənin sözlərinə görə, yaratdıqları "Angel" klubu Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyadan olan startaplara investisyalar yatırıb.
"Bu vaxta qədər startaplara 250 min ABŞ dolları məbləğində investisiya yatırmışıq. Amma hazırda dəstklədiyimiz startapların dəyəri 23 milyon ABŞ dollarına çatıb", - o deyib.
www.anews.az
Son xəbərlər
Daha çox 