• $
  • £

Gürcüstan Prezidenti xalqı zalım partiyaya qarşı mitinqə səsləyib

Gürcüstan Prezidenti xalqı  zalım partiyaya qarşı mitinqə  səsləyib
15.06.2022 07:17
Gürcüstan Prezidenti Salome Zurabişvili  vətəndaşları iyunun 16-da Tbilisidə Avropaya inteqrasiya siyasəti kursuna dəstək məqsədilə Avropa meydanında aksiya keçirməyə çağırıb. Bu barədə Gürcüstan mediası məlumat yayıb. 

"İyunun 16-da sizi Avropa Meydanına və Rike Parkın yaxınlığında toplaşmağa dəvət edirəm. Gəlin Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi, iradəmizi göstərək. Əhali, cəmiyyət, mən, siyasi partiyaların nümayəndələri, hakimiyyət - hamımız sadə vətəndaş olacağıq. Çıxışlar, bəyanatlar, plakatlar olmayacaq”, - deyə Zurabişvili bildirib. 

Mitinq yerli vaxtla saat 17:00-a planlaşdırılıb.

Zurabişvili həmçinin Avropa İttifaqının, həmçinin Avropa İttifaqı ölkələrinin  Gürcüstandakı səfirlərini mitinqdə iştirak etməyə çağırıb. 

Gütcüstan 2014-cü ildən Avropa Birliyinin assosiativ üzvüdür. 

Prezident bu təşəbbüslə Gürcüstan, Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsinə baxılacağının gözlənildiyi Aİ sammiti ərəfəsində (23-24 iyun) çıxış edib.

Zurabişvili təxminən  yarım saatlıq çıxışında Avropaya inteqrasiya yolunda yarana biləcək problemlərdən, o cümlədən Gürcüstanın tərəfdaşlarından təcrid olunmaq təhlükəsindən danışıb. Prezident belə vəziyyətin yaranmasında  hakim  "Gürcü arzusu – Demokratik Gürcüstan” hakim partiyasını günahkar bilib. 

Onun sözlərinə görə, Brüsselə səfəri zamanı məlum olub ki, "iş bərbaddır” və Gürcüstan "Şərq Tərəfdaşlığı”nın aparıcı ölkələri sırasından ən sona pillələrə enib. 

O, hakimiyyətin səhvləri arasında 2021-ci ilin yazında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə müxalifətlə imzalanmış sazişin yerinə yetirilməməsini,  hakimlərin saxta yolla təyinatını, müxalif Mtavari Arkhi telekanalının baş direktoru Nika Qvaramiyanın həbsini  və Dövlət Müfəttişliyi Xidmətinin ləğvini hökumətin Gürcüstanı gözdən salan qərarı kimi dəyərləndirib. 

O, həmçinin hakimiyyəti Avropa ölkələri liderləri ilə işləmək üçün yüksək səviyyəli səfərlər etməməkdə ittiham edib. 

Prezidentin fikrincə, Avropa Parlamentində partiyalarla iş düzgün aparılmayıb, nəticədə Gürcüstanla bağlı sərt qətnamə qəbul edilib.

Zurabişvilinin sözlərinə görə, qətnamənin mətnində, xüsusən də Gürcüstanın hakim partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqindən bəhs edən hissədə faktiki qeyri-dəqiqliklər və əsassız ittihamlar var.

Prezident "Gürcü arzusu”nun liderlərini ittiham edib ki, onlar öz ritorikası ilə Avropa parlamentarilərini və Avropa Parlamentinin ən güclü partiyasını narazı salıb, həmçinin dost Ukraynaya münasibətdə qəbuledilməz hərəkətlərə yol veriblər. Onun sözlərinə görə, münaqişə vəziyyətində olan ölkəyə dözümlülük göstərmək  və polemikaya girməmək lazımdır.

Ukrayna hakimiyyəti nümayəndələrinin Gürcüstanda ikinci cəbhənin açılması ilə bağlı bəyanatlarına gəlincə isə  Zurabişvili bunu qeyri-real adlandırıb.

Gürcüstan prezidenti vurğulayıb ki, Gürcüstanın təcrid olunması ikinci cəbhə mifindən qat-qat böyük və real təhlükə yaradır.

Avropa Parlamenti Gürcüstanda demokratik durumu qəti çəkildə pisləyən bəyanatla çıxış edib. 

Qətnaməyə görə, son illər Gürcüstanda media mühiti pisləşib, jurnalistlərə qarşı çoxsaylı fiziki zorakılıq hallarına yol verilir. 

Avropa Parlamenti Gürcüstan hakimiyyətini yüksək demokratiya standartlarını, qanunun aliliyini, məhkəmə sisteminin müstəqilliyini, ədalətli mühakiməni və əsas azadlıqları, o cümlədən media azadlığını qorumağa çağırıb. AP həmçinin Gürcüstan hakimiyyətini Saakaşvili və Qvaramiyanı dərhal azad etməsini tələb edib. 

Eyni zamanda, Avropa Parlamentinin  qətnaməsində deyilir ki,  Avropa İttifaqı Gürcüstan hökumətinin qarşıya qoyulan tələbləri yerinə yetirəcəyi təqdirdə bu ölkəyə  Aİ üzvlüyünə namizəd statusu verməyə hazırdır. Çünki Gürcüstan xalqı  buna layiqdir.

Hakim partiyanın sədri İrakli Kobaxidze media azadlığının pozulması ilə bağlı qətnamənin faktiki səhvlərdən ibarət olduğunu və bir qəpiyə dəymədiyini deyib. Daha sonra isə siyasi şuranın üzvü Dmitri Xundadze əlavə edib ki, Avropa Parlamentinin şərtləri ədalətsiz olduğundan Gürcüstan ümiumiyyətlə assosiativ üzvlükdən belə imtina etməlidir. 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Dünya 11:07
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
Dünya 13:18
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
İran ABŞ-la danışıqlara hazırdır
Dünya 15:28
İran ABŞ-la danışıqlara hazırdır
 Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Dünya 13:35
Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb  - Video
Dünya 15:29
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb - Video
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Dünya 23:21
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Dünya 06:29
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Rusiya  taxıl müqaviləsini uzatmayacağını bildirib
Dünya 16:17
Rusiya taxıl müqaviləsini uzatmayacağını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol