• $
  • £

RATİ-dən növbəti tələb - Tənqidçilərinə qarşı təqibləri dayandırın

RATİ-dən növbəti tələb - Tənqidçilərinə qarşı təqibləri dayandırın
17.06.2022 17:00
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hakimiyyətini xarici ölkələrdə olan tənqidçilərinə qarşı təqibləri dayandırmağa çağırıb. Bu barədə təşkilatın rəsmi saytında bəyanat yayılıb.

Siyasi mühacir və bloger Məhəmməd Mirzəlinin "sifarişli qətlinə" cəhd "şokedici" adlandırılıb. Ehtimal olunan iki killer 14 iyun 2022-ci ildə Fransada saxlanılıb. Əvvəllər də Mirzəliyə iki dəfə sui-qəsd olub.

"Bu cinayətlərin sifarişçiləri Azərbaycanın hakim elitasının yüksək vəzifəli nümayəndələridir və onlar blogerin YouTube və Facebookda Made in Azerbaijan səhifəsində ictimai çıxışlarından özlərini təhqir olunmuş hesab edirlər,” sənəddə qeyd edilir.

RATİ-nin hesabatın görə, Avropada azərbaycanlı siyasi mühacirlərə hücumların artması müşahidə olunur.

"Belə ki, apreldə İsveçrədə yaşayan bloger Manaf Cəlilzadəyə hücum olub. Onu döyən naməlum şəxslər Azərbaycan dilində ondan hakimiyyətin tənqid olunmasını dayandırmağı tələb ediblər. Son həftələrdə Almaniyada naməlum şəxslər bloger Tural Sadıqlını və Orxan Ağayevi izləyiblər. Bundan öncə Almaniyada Azərbaycan hakimiyyətinin tənqidçiləri Rafael Piriyev və Habil Məmmədova hücumlar olub. Avropa Şurası Azərbaycan hakimiyyətindən öz tənqidçilərinə qarşı bu cür cəza tədbirlərini dayandırmağı tələb etməlidir", - RATİ-nin hesabatında yazılıb.

İyunun 16-da gecə saatlarında Fransada mühacirətdə olan azərbaycanlı hüquq müdafiəçisi Vidadi İsgəndərliyə bu ölkənin Mulhouse şəhərində fiziki hücum olduğu iddia edilir. İddiaya görə, hücum nəticəsində üz, əl və kürək nahiyyəsindən yara alıb. Hücumçular odlu silahdan da istifadə edib.

Rəsmi Bakı RATİ-nin bəyanatına hələ şərh verməyib. 
 
Müxtəlif vaxtlarda RATI Azərbaycan hakimiyyətini jurnalistlər Polad Aslanov, Əfqan Sadıqov, Bəhruz Əliyev, blogerlər Aslan Qurbanov, Elvin İsayev və Maqsud Mahmudovu, həmçinin siyasi mühacirətdə olan müstəqil jurnalist Sevinc Osmanqızına verdiyi müsahibəyə görə böhtan atmaqda təqsirli bilinərək həbs edilən müxalif ictimai xadim Əli Əliyevi dərhal həbsdən azad etməyə çağırıb.
 
RATİ 2006-cı ildə Beynəlxalq Mətbuat Azadlığı Günündə iki azərbaycanlı jurnalist tərəfindən hökumətin söz və media azadlığını getdikcə daha çox məhdudlaşdırmasına cavab olaraq yaradılıb. RATİ 2007-ci ilin oktyabr ayından Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının, 2012-ci ilin noyabrından isə Qlobal Şəbəkə Təşəbbüsü təşkilatının üzvüdür.

Ləman Qasımova



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Azərbaycandan Ermənistana neft məhsulları tədarükünü müsbət qiymətləndirib
Cəmiyyət 14:54
Paşinyan Azərbaycandan Ermənistana neft məhsulları tədarükünü müsbət qiymətləndirib
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Cəmiyyət 21:04
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Qəzzaya humanitar yardım edilib
Cəmiyyət 15:59
Qəzzaya humanitar yardım edilib
Arıqlamaq üçün gündə nə qədər kalori itirmək lazımdır? - Alimlərdən araşdırma
Cəmiyyət 17:11
Arıqlamaq üçün gündə nə qədər kalori itirmək lazımdır? - Alimlərdən araşdırma
Komandirə başqa hava limanları təklif edilib, lakin o Aktaunu seçib - Rusiya
Cəmiyyət 15:29
Komandirə başqa hava limanları təklif edilib, lakin o Aktaunu seçib - Rusiya
İPhone 16-nın ən ucuz və ən baha satıldığı ölkələrin adları açıqlanıb
Cəmiyyət 15:47
İPhone 16-nın ən ucuz və ən baha satıldığı ölkələrin adları açıqlanıb
BƏƏ Durovun həbsi səbəbindən  Fransa ilə razılaşmanı pozub
Cəmiyyət 16:48
BƏƏ Durovun həbsi səbəbindən Fransa ilə razılaşmanı pozub
Ərizə yazıb istefa verdiyi vəzifəyə yenidən qayıtdı
Cəmiyyət 17:15
Ərizə yazıb istefa verdiyi vəzifəyə yenidən qayıtdı
Gürcüstanda partiya Putinə müraciət edib
Cəmiyyət 13:51
Gürcüstanda partiya Putinə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol