TRACECA nəqliyyat dəhlizi ilə yükdaşımalar 6,7% artıb

2022-ci ilin birinci rübündə Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% artaraq 2557,7 milyon ton-kilometr olub. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi saytı məlumat yayıb.
Yük daşınmasında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə müvafiq olaraq yüklərin həcmi 6,7 faiz artaraq 10858,3 min ton təşkil edib.
Statistika Komitəsi bildirir ki, yüklərin 6115,1 min tonu və ya 56,3%-i avtomobil nəqliyyatı, 3507,0 min tonu və ya 32,3%-i dəmir yolu nəqliyyatı, 1236,2 min tonu və ya 11,4%-i dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınan yüklərin 23,8 faizini və ya 2585,3 min tonunu tranzit yüklər təşkil edib.
Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (ТRACECA - Transport Corridor Europe -Caucasus-Asia) - Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 