Qızıl bahalaşıb

ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin azalması fonunda qızıl bahalaşıb.
Nyu-Yorkun "Comex” birjasında qızılın avqust fyuçersləri 0,23% və ya 4,15 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 844,85 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,48% artaraq, 1 unsiyası 21,688 ABŞ dolları təşkil edib.
Qiymətli metalın qiymətinin artmasına ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin azalması təsir göstərib. ABŞ-ın 10 illik "US Treasuries” istiqrazlarının gəlirliliyi 3,239%-dən 3,231% səviyyəsinə düşüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 