• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Milli Məclisdə bu ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi başlayıb

Milli Məclisdə bu ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi başlayıb
20.06.2022 11:04
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.


Tahir Mirkişilinin sədrliyi ilə keçirilən toplantıda 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi müzakirə olunur.


İclasda deputatlar, Maliyyə Nazirliyi və Hesablama Palatasının nümayəndələri iştirak edirlər.


Toplantının gündəliyinə 10 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:


1. "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).


2. "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).


3. "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).


4. Vergi Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).


5. "Azərbaycanın 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (üçüncü oxunuş).


6. "Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).


7. "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsi (üçüncü oxunuş).


8. "Əhalinin sağlamlığının qorunması haqqında”, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, "İnsan alverinə qarşı mübarizə haqqında” və "Reklam haqqında” qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).


9. "Məhkəmələr və hakimlər haqqında”, "Əməliyyat-axtarış fəaliyyəti haqqında” "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Dövlət rüsumu haqqında”, "Əmək pensiyaları haqqında”, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, "Dəniz limanları haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Peşə təhsili haqqında” və "Ümumi təhsil haqqında”qanunlara dəyişiklik layihəsi.


10. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009- cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi.(report)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
Birbank Biznes-in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı
İqtisadiyyat 18:59
Birbank Biznes-in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat 17:00
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
İqtisadiyyat 16:03
Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
Азербайджанская нефть подорожала почти на 1%
İqtisadiyyat 09:20
Азербайджанская нефть подорожала почти на 1%
Rubl və avro bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Rubl və avro bahalaşıb - Məzənnə
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
İqtisadiyyat 08:35
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol