• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantısı işə başlayır

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantısı işə başlayır
23.06.2022 10:16
Bu gün Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü İllik Toplantısı işə başlayır.

Tədbir maliyyə naziri, Bankın Azərbaycan üzrə təmsilçi direktoru Samir Şərifovun sədrliyi ilə keçiriləcək.

İllik Toplantıda QDTİB-yə üzv dövlətlər - Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın bank üzrə təmsilçi direktorları iştirak edəcək. Rəhbərlər Şurası Bankın fəaliyyətini qiymətləndirərək 2021-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcək. İclasda üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi kimi məsələlər də diqqət mərkəzində olacaq.

İyunun 24-də isə İllik Toplantı çərçivəsində QDTİB, Azərbaycan hökuməti, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və regional biznes assosiasiyalarının iştirakı ilə "Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forum təşkil ediləcək. Özəl sektor nümayəndələri və ekspertlərin iştirak edəcəyi forumda iqtisadi diversifikasiya məsələləri müzakirə olunacaq, Qara dəniz regionu üzrə biznes rəhbərləri zərbaycanda və onun regionlarında ticarət və investisiya imkanlarını diqqət mərkəzində saxlayacaq.
 
Qara Dəniz Ticarət və İnkişaf Bankı ( Black Sea Trade and Development Bank (BSTDB)) —Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək üçün yaradılmış beynəlxalq maliyyə təşkilatıdır. Bankın məqsədləri bölgədə ticarət əlaqələrini inkişaf etdirmək, beynəlxalq layihələrin həyata keçirilməsini asanlaşdırmaq, xarici investisiyaları təşviq etmək və ticarət və iqtisadi əlaqələrin həm dövlət səviyyəsində, həm də özəl biznesdə inkişafına zəmanət verməkdir.


Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına aiddir.


QDTİB-in fəaliyyətini müəyyənləşdirən əsas sənəd, BMT tərəfindən qeydiyyata alınan Qara Dəniz Ticarət və İnkişaf Bankının yaradılması haqqında Sazişdir.Bankın nizamnamə kapitalı 3 milyard XBH-dur.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
Birbank Biznes-in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı
İqtisadiyyat 18:59
Birbank Biznes-in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat 17:00
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
İqtisadiyyat 16:03
Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
Азербайджанская нефть подорожала почти на 1%
İqtisadiyyat 09:20
Азербайджанская нефть подорожала почти на 1%
Rubl və avro bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Rubl və avro bahalaşıb - Məzənnə
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
İqtisadiyyat 08:35
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol