• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Ərzaq təhlükəsizliyi ehtiyatın yaradılması məqsədilə bu qədər vəsait ayrılıb- NAZİR

Ərzaq təhlükəsizliyi ehtiyatın yaradılması məqsədilə bu qədər vəsait ayrılıb- NAZİR
23.06.2022 12:45
2022-ci ildə Azərbaycanda  ərzaq təhlükəsizliyi sahəsində ehtiyatın yaradılması məqsədilə 193 milyon manat vəsait ayrılıb, bunu ölkənin  maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, ərzaq məhsullarının qiymət artımı tək Azərbaycana xas problem deyil, qlobal problemə çevrilib. 

"Qlobal miqyasda inflyasiya təzyiqləri, enerji daşıyıcılarının qiymətləri  artdıqca digər qiymətlərdə artım müşahidə edilir. Qiymət artımı özünü ilk öncə neft-qazda göstərdi. Qaz da müxtəlif gübrə məhsullarının buraxılması üçün əsas xammaldır. Bundan sonra dünyada gübrənin qiyməti yüksəkdi, qıtlıq belə yarandı. Bütün bu amillər ərzaq məhsullarında qiymət artımı ilə nəticələndi. Hazırda taxıl, buğda qiymətlərində artım özünü açıq-aşkar göstərir. Rusiya-Ukrayna arasındakı gərginlik də qiymət artımına təsirsiz ötüşmədi. İki dövlət arasındakı hərbi münaqişə mövcud olan logistika problemini daha da kəskinləşdirdi. Göründüyü kimi, dünyanın 2 əsas taxıl, bitki yağı təchizatçıları arasında baş verənlər qiymət artımına təsir edib. Xarici faktorlar əsasında yaranan bu artım da Azərbaycana öz təsiri göstərib", - o dedi.

Onun sözlərinə görə, hökumət Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq müəyyən antiinflyasiya tədbirləri hazırlayıb və reallaşdırır.

"Ölkəyə idxal edilən məhsulların bahalaşmasının da mənfi təsirlərini bu gün hiss edirik. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, antiinflyasiya tədbirləri həyata keçirilməkdədir. Tədbirlərdən başlıcası idxal olunan ərzaq məhsullarındakı mövcud gömrük rüsumu və digər vergilərin aradan qaldırılmasıdır. Bu qərarın icrası ilə qiymət artımında ən azı Azərbaycan hökümətinin üstünə düşən pay götürüləcək və məhsullarda ucuzlaşma olacaq. Prezident tapşırığı ilə qurumlara tapşırıq verilib ki, süni qiymət artımının qarşısı alınsın. Bununla bağlı olaraq sahibkarlar ilə maarifləndirici işlər aparılır", - Şərifov əlavə etdi.

Dövlət Statistika Komitəsini son açıqlamasına görə, Azərbaycanda bu ilin mayənnda ərzaq qiymətləri keçən ilin mayındakı  qiymətləri ilə müqayisədə 21% artıb. Ötən ilin ilk 5 ayına nisbətdə isə cari ilin yanvar-mayında ölkədə ərzağın qiyməti 18.5% artıb.

Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat 17:00
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
Азербайджанская нефть подорожала почти на 1%
İqtisadiyyat 09:20
Азербайджанская нефть подорожала почти на 1%
Rubl və avro bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Rubl və avro bahalaşıb - Məzənnə
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
İqtisadiyyat 08:35
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol