• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

KOB İnkişafı Fondunun özəlliyi nə olacaq? - Sədrdən AÇIQLAMA

KOB İnkişafı Fondunun özəlliyi nə olacaq? -  Sədrdən AÇIQLAMA
24.06.2022 11:50
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İnkişaf Fondunun əsas özəlliyi onun qrantlar və texniki yardımlar təklif etməsi olacaq. Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov  Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən "Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda deyib.

"KOB İnkişaf Fondunun yaradılması prosesi davam edir. Qurumun investisiya qoyuluşu üçün minimum layihə dəyəri tələbləri bazarda mövcud olan göstəricilərdən aşağı olacaq. KOB İnkişafı Fondunun təşkilati-hüquqi forması isə ASC olacaq ki, bu da öz növbəsində ona dövlət vəsaitləri ilə yanaşı, yerli və xarici investorların, eləcə də özəl sektorun vəsaitlərini cəlb etmək imkanı yaradacaq", - Məmmədov açıqlayıb.
 
Sədr pandemiyanın zərərlərindən də danışdı .

"Hazırda üzləşdiyimiz COVID-19 pandemiyası KOB sektoruna əhəmiyyətli təsir göstərərək, onların davamlılığına və hətta mövcudluğuna böyük problemlər yaradıb.Şirkətlər çətin dövrlərdə fəaliyyətini davam etdirmək üçün yeni innovativ həl yolları təklif etməli oldular", - o əlavə etdi.

Sədrin sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "e-KOB Evi" istifadəyə verməyə hazırlaşır.

"KOB Evləri bizneslərə G2B və B2B xidmətləri təklif edən bir pəncərədir. Yeni təşəbbüslə KOB evinin xidmətləri non-stop-shop rejimdə təmin olunacaq və KOB-lar üçün daha əlçatan olacaq. Sadalananlar KOBİA-nın təmin etdiyi dəstək və xidmətlərin bir hissəsini təşkil edirlər. Bütün yeniliklər innovativ inkişafın təmin edilməsi istiqamətində daha yüksək nəticələr əldə olunacaq", - o bildirib.

"Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nəzdində yaradılan Kiçik və Orta Biznesə Dəstək Fondunun (KOB İnkişaf Fondu) büdcəsi, təqribən, 50 mln manata qədər olması planlaşdırılır. Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 99,6%-ni KOB subyektləri təşkil edir.
 
Ləman Qasımova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol