Azərbaycanın iki bankına 15 milyon dollar kredit ayrılıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanın iki bankına 15 milyon dollar kredit ayırıb. Bununla bağlı müqavilə Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən "Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda imzalanıb.
İnkişaf Bankının ayıdığı kreditin 10 milyon dolları "Rabitəbank"ın, 5 milyon dolları "Turan Bank"ın payına düşüb.
Sözügedən kreditin istifadəsi istehsal, ixrac, ticarət və aqrar sahədə fəaliyyət göstərən kiçik və orta biznesin dəstəklənməsi istiqamətində olacaq.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 