Kanadaya köçənlərin sayı rekord vurdu – 1946-CI İLDƏN BƏRİ ƏN YÜKSƏK AXIN
Dünyanın miqrasiya baxımından ən maraqlı ölkələrindən biri olan Kanada 1990-cı ildən bəri əhalinin ən sürətlə artdığını açıqlayıb.
Kanada Statistika idarəsinin məlumatına görə, 2022-ci ilin 1-ci rübündə Kanadada əhalinin artımın böyük hissəsi miqranların hesabınadır. 1-ci rübdə 128 min nəəərlik əhali artımının 117 min nəfəri ölkəyə yeni köçən miqrantlar olub. Bu 1946-cı ildən bəri Kanadaya miqrantların ən böyük axını deməkdir.
Kanadanın ən böyük vilayəti olan Ontarioda da tarixi göstərici qeydə alınıb: vilayətin əhalisi 15 milyonu keçib, yəni hazırda Kanada əhalisinin təqribən 40%-i bu ştatda yaşayır.
Miqrantların sayının artmasına baxmayaraq Kanada hökuməti ölkəyə yeni köçənləri həvəsləndirməkdə davam edəcəyini açıqlayıb. Kanadanın statistika idarəsi elan edib ki, ölkədə əhalinin qocaldığını və çoxsaylı vakansiyaların olduğunu nəzərə alanda aktiv miqrasiya hələ də əmək bazarı üçün mühüm sahə olaraq qalacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox