• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi- FOTOLAR

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi- FOTOLAR
28.06.2022 15:53
"Nar” fiziki məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə artıq 3-cü dəfədir, təşkil olunan "Təlim Məktəbi” sosial layihəsinə yenidən start verdi. Layihənin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmaq üçün onları peşə təlimləri ilə təmin etməkdir. Missiya çərçivəsində bu gənclər üçün əmək bazarında daha çox tələbat olan xüsusi peşə təlimlərinin təşkil edilməsi nəzərdə tutulub. 

Ümumilikdə 6 ay davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 15-30 yaş arasındakı 20 gənc iştirak edəcək. İlkin mərhələdə həftəiçi hər gün olmaqla 3 ay boyunca xanımlara peşəkar mütəxəssislər tərəfindən manikür ustalığı təlimləri keçiriləcək. Təlimlərin sonunda isə iştirakçılara Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə şəhadətnamə təqdim olunacaq. Təlim məktəbi” layihəsinin tərəfdaşı "Karlarа Dəstək” İctimai Birliyidir. 

Qeyd edək ki, "Nar”ın "Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsində  "KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
 






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat 17:00
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
Азербайджанская нефть подорожала почти на 1%
İqtisadiyyat 09:20
Азербайджанская нефть подорожала почти на 1%
Rubl və avro bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Rubl və avro bahalaşıb - Məzənnə
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
İqtisadiyyat 08:35
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol