Azərbaycan Rusiyaya məhsul göndərməyi ARTIRIB

Rusiyanın Sverdlovsk vilayətinə Azərbaycan, Özbəkistan, Türkmənistandan kənd təsərrüfatı məhsullarının idxalı artıb. Bu barədə Rusiya KİV məlumat yayıb.
"Tərəfdaş ölkələrin (tədarüklərinin-red) payı əhəmiyyətli dərəcədə artıb: Özbəkistan - təxminən üç dəfə, Türkmənistan - təxminən iki dəfə. Azərbaycandan Sverdlovsk vilayətinə qarpız idxalı 10 dəfə artıb”, - Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") region üzrə rəis müavini Svetlana Terexova bildirib.
Qeyd edilir ki, Sverdlovsk vilayəti ərazisinə meyvə və tərəvəz idxal edən əsas ölkələr: Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Ermənistandır.
Eyni zamanda qeyd edilir ki, Belarusun Rusiya idxalında payı 40 %-dən 80 %-ə yüksəlib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 