• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

“Şahdəniz”də 2017-2021-ci illərdə ümumi qaz hasilatı 123% artıb

“Şahdəniz”də 2017-2021-ci illərdə ümumi qaz hasilatı 123% artıb
30.06.2022 12:03
 2017-2021-ci illər arasında "Şahdəniz” yatağının ümumi qaz hasilatı 123% artıb, bu barədə SOCAR-dan bildirilib. 

Məlumata görə, cari ilin ilk 5 ayında isə 26,2% artıb.

İyunun 30-da "Şahdəniz-2” layihəsi (Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi) çərçivəsində Türkiyəyə ilk kommersiya qaz həcmlərinin nəqlinə başlanılmasından 4 il ötür.

TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə 2018-ci il iyunun 30-dan başlanılıb. 2019-cu il aprelin 15-də TANAP qaz kəmərinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsinə qazın sınaq tədarükünə başlanılıb. Həmin ilin iyun ayının 15-də "Şahdəniz” yatağından hasil edilən qaz TANAP ilə Türkiyə-Yunanıstan sərhədinə çatıb.

Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri "Mərhələ-2” çərçvəsində "Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcək. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.

Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.

CQD layihəsinin əsas komponentləri bunlardır: "Şahdəniz” layihəsi üzrə "Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
 
"Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqları istismara veriləndə iyunun 1-dək  591,6 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli”dən 555,3 milyon ton neft, "Şahdəniz”dən isə 36,3 milyon ton kondensat çıxarılıb. "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 01 iyun tarixinədək 591 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
 
Ləman Qasımova





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
İqtisadiyyat 21:22
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
İqtisadiyyat 18:10
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
İqtisadiyyat 07:34
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
Azərbaycanda neft hasilatı 4,8% azalıb
İqtisadiyyat 18:24
Azərbaycanda neft hasilatı 4,8% azalıb
BP Azərbaycanda qaz hasilatını artırıb
İqtisadiyyat 15:03
BP Azərbaycanda qaz hasilatını artırıb
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
İqtisadiyyat 20:37
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol