• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycan və Hindistan ikiqat vergitutmanı aradan qaldırmağa hazırlaşır

Azərbaycan və Hindistan ikiqat vergitutmanı aradan qaldırmağa hazırlaşır
02.07.2022 12:40
Azərbaycan və Hindistan arasında gəlirlərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsinin açıq qalan maddələri üzrə danışıqlar aparılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycan tərəfindən danışıqlarda Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini Ceyhun İsmayılov, Beynəlxalq vergitutma şöbəsinin rəisi Elkin Məmmədov və digər səlahiyyətli nümayəndələr iştirak ediblər. Hindistan tərəfindən öz növbəsində, Maliyyə Nazirliyinin səlahiyyətli şəxsləri və Hindistanın Azərbaycanda yerləşən səfirliyinin nümayəndəsi danışıqlara qatılıb.

Müzakirələrdə saziş layihəsinin açıq qalan "Preambula”, "Dividendlər” "Üstünlüklərin məhdudlaşdırılması” və Sazişin Protokol hissələri ilə bağlı məsələlər, həmçinin təcrübədə belə növ sazişlərin tətbiqi ilə bağlı yaranan çətinliklər müzakirə edilib. Bildirilib ki, Sazişin imzalanacağı təqdirdə, hər iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaranacaq, sənəd məlumat mübadiləsi və vergi borclarının yığılmasına effektiv münasibətin formalaşması üçün mühüm əhəmiyyət kəsb edəcək.

Müzakirələr qarşılıqlı anlaşılma mühitində keçib. Üç gün davam edən müzakirələrin nəticəsi olaraq Saziş layihəsinin vergitutma ilə bağlı açıq qalan bütün müddəaları üzrə razılıq əldə olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat 17:00
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
Азербайджанская нефть подорожала почти на 1%
İqtisadiyyat 09:20
Азербайджанская нефть подорожала почти на 1%
Rubl və avro bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Rubl və avro bahalaşıb - Məzənnə
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
İqtisadiyyat 08:35
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol