• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

"ASAN xidmət"ə 217 mindən çox müraciət daxil olub

02.07.2022 16:30
2022-ci ilin 6 ayı ərzində "ASAN Kommunal” və "ASAN xidmət” mərkəzlərinə 217 min 136 müraciət daxil olub. Ötən ilin eyni dövründə isə bu rəqəm 158 min 873 olub. Bunu SOCAR "Azəriqaz” İstehsalat Birliyinin Müştəri xidməti şöbəsinin rəisi Fərid Mustafazadə "Açıq qapı” aksiyasında deyib.
 
Şöbə rəisi qeyd edib ki, "ASAN Kommunal” və "ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı ilbəil artmaqdadır.
 
"Daxil olan müraciətlərin hamısı icra olunub, vətəndaşlara bütün xidmətlər göstərilib”, - o deyib.
 
Fərid Mustafazadə fərdi qazlaşma sahəsində baş verən yeniliklərdən də danışıb.
 
"Əvvəllər vətəndaşlar fərdi qazlaşma ilə bağlı "ASAN Kommunal” və "ASAN xidmət” mərkəzlərinə müraciət edirdilər. İndi bu mərkəzlərə müraciət etmədən "Azəriqaz” İstehsalat Birliyinin rəsmi internet səhifəsində lisenziyalı podratçı şirkətlərin siyahısını görmək olar. Bu siyahını İstehsalat Birliyi deyil, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müəyyən edib və həmin podratçı şirkətlərə lisenziya verib. Vətəndaşlar müstəqil şəkildə bu siyahı ilə tanış olub istənilən podratçı şirkəti seçə bilər. Əgər podratçı şirkətlə vətəndaş arasında hər hansı bir problem olarsa, buna SOCAR "Azəriqaz” İstehsalat Birliyi məsuliyyət daşımır”, - o söyləyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat 17:00
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
Азербайджанская нефть подорожала почти на 1%
İqtisadiyyat 09:20
Азербайджанская нефть подорожала почти на 1%
Rubl və avro bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Rubl və avro bahalaşıb - Məzənnə
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
İqtisadiyyat 08:35
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol