Avropada qazın qiyməti min kubmetr üçün 3,5 min dollara qalxa bilər

"Şimal axını”nın planlı təmirə dayandırılması səbəbindən Avropada qazın qiyməti min kubmetr üçün 3,5 min dollara qədər yüksələ bilər. Bu barədə "İzvestiya”ya Rusiya Federasiyası Ticarət-Sənaye Palatasının enerji strategiyası və yanacaq-energetika kompleksinin inkişafı komitəsinin icraçı katibi Dmitri Poloxin məlumat verib.
"İyulun 11-dən iyulun 21-dək "Şimal axını-1”in işi planlı təmir üçün dayandırılacaq. Bu, Aİ-nin informasiya sahəsində böyük səs-küyə səbəb olacaq ki, bu da hazırda qazın qiymətinin 1 min kubmetr üçün 3,5 min dollara qədər artmasına səbəb ola bilər", - Poloxin deyib.
Onun sözlərinə görə, qaz təchizatının olmadığı dövr qazın bahalaşmasına səbəb ola bilər. Bu səbəbdən Avropadan, xüsusən də Almaniyadan olan şirkətlər tərəfindən "Qazprom”a qarşı iddiaların olması ehtimalı var.
O əlavə edib ki, "Şimal axını” ilə tədarükün tamamilə dayandırılması halında Almaniya qazı müqavilə üzrə razılaşdırılmış qiymətlərdən üç dəfə yüksək olan spot qiymətlərlə almağa məcbur olacaq. Xərclərin artması ilə əlaqədar olaraq Avropadan gələn məhsulların rəqabət qabiliyyəti aşağı düşəcək ki, bu da istehsal həcminin azalmasına səbəb olacaq. Məsələn, Almaniyada bəzi müəssisələr artıq hasilatı azaldır və hökumətdən kömək istəyir.
www.anews.az

İyulun 4-də Almaniyanın "Focus” nəşri yazıb ki, Rusiya qışda Almaniyaya qaz tədarükünü məhdudlaşdırmaqda davam edərsə, bir çox alman istehlakçıları enerjisiz qala bilər. Nəşrin məlumatına görə, Almaniyada 40 milyon fərdi evin yarısı qazla qızdırılır. Eyni zamanda bu həcmin təxminən 55%-ni Rusiya qazı təmin edir.
Gülnar
www.anews.az
Son xəbərlər
Daha çox 