ARDNF-dan dövlət büdcəsinə nə qədər tranfer olub - RƏSMİ

2022-ci ilin yanvar-iyununda Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə 4 648 milyon manat vəsait tranfer olub. Bu barədə Maliyyə Nazirliyinin yaydığı hesabatda bildirilir.
Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 1712,0 milyon manat və ya 26,9 faiz az istifadə olunmasına imkan verib", - məlumatda qeyd olunub.
2022-ci ilin aprel-iyunu üzrə dövlət büdcəsinin gəlirləri 7195,9 milyon manat icra olunub.
Hesabat dövründə dövlət büdcəsinin profisiti proqnozlaşdırılan 376,7 milyon manatdan 892,2 milyon manat artıq olmaqla 1268,9 milyon manat təşkil edib.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox 