Dövlət Vergi Xidmətindən büdcəyə nə qədər pul daxil olub?

2022-ci ilin altı ayı ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6482,1 milyon manat vəsait daxil olub. Bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilib.
Bu da proqnoza nisbətən 2064,7 milyon manat və ya 46,7%, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 2140,1 milyon manat və ya 49,3% çoxdur.
Həmin vəsaitin 67,6%-i və yaxud 4381,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1206,0 milyon manat və ya 38% çox olub.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox 