6 ay ərzində dövlət xərcləri nə qədər olub? - RƏQƏMLƏR

2022-ci ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 8714,1 milyon manatı və ya 67,4 %-i cari xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 1059,2 milyon manat və ya 13,8 % çox), 3434,8 milyon manatı və ya 26,5 %-i əsaslı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 382,7 milyon manat və ya 12,5% çox), 787,7 milyon manatı və ya 6,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 95,8 milyon manat və ya 10,8 % az) yönəldilib.
Bu barədə Maliyyə Nazirliyinin yaydığı hesabatda bildirilib.
Cari ilin ilk altı ayında sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 44,8 faizini (2021-ci illə müqayisədə 0,7 faiz-bənd çox) təşkil etməklə 5799,8 milyon manat məbləğində icra olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 688,0 milyon manat və ya 13,5 faiz çoxdur.
2022-ci ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 12855,1 milyon manat proqnoza qarşı 12936,6 milyon manat və ya 100,6 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1346,1 milyon manat və ya 11,6 faiz çoxdur.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 