Kəlbəcər atəşə tutulub
İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın Kəlbəcərdə yerləşən mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Kəlbəcərin Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətinə erməni ordusu tərəfindən müxtəlif çaplı atıcı silahlardan atəş açılıb. Azərbaycan ordusu Ermənistanın sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən vurulub.
www.anews.az
Son xəbərlər
Daha çox