Qeyri-neft sektoru üzrə ixrac 25,4% artıb - RƏSMİ

2022-ci ilin yanvar-iyunnda ötən ilin uyğun dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 25,4% artaraq 1,5 milyard ABŞ dolları təşkil edib. Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı”nın iyul sayında yer alıb.
Həmin dövrdə Azərbaycanın ixracı 18,5 milyarda bərabər olub. Meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% artaraq 328,1 milyon ABŞ dolları təşkil edib.
Cari ilin 6 ayında kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1%, pambıq lifi ixracı isə 12,8%, pambıq iplik ixracı 5,2%, artıb.
2022-ci ilin iyunu üzrə ixrac 3,1 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,8% təşkil etməklə 269,6 milyon ABŞ dolları olub. 2022-ci ilin iyunu ərzində yeyinti məhsulları üzrə ixrac 6,6% artaraq 119,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 5,1% artaraq 149,9 milyon ABŞ dolları təşkil edib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 