• $
  • £

2022-ci il 40 milyon insan aclıqla üzləşə bilər

2022-ci il 40 milyon insan aclıqla üzləşə bilər
07.07.2022 09:59
2022-ci ildə dünyada 40 milyon insan aclıqla üzləşə bilər. Bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Maksimo Torero deyib.

BMT rəsmisi bildirib ki, 2023-cü ildə isə 70 milyondan çox insanı aclıq problemi gözləyir. 

"COVID-19 pandemiyasının davamlılığı və mövcud bərabərsizliklər  aclığa, qida təhlükəsizliyinə və bütün formalarda qida çatışmazlığına son qoyulması istiqamətində irəliləyişə mane olmaqda davam edir. O, bütün dünyada iqtisadi tənəzzülə səbəb olub, işsizliyin artmasına, qazanc və gəlirlərin azalmasına gətirib çıxarıb ki, bu da milyardlarla insanın istehlak etdiyi qidaların kəmiyyət və keyfiyyətinə mənfi təsir edib. Təchizat zəncirlərindəki darboğazlar, artan nəqliyyat xərcləri və COVID-19 pandemiyasının səbəb olduğu digər pozuntulara görə  ərzaq qiymətləri və inflyasiya ötən il artıb. Bundan əlavə, bu yaxınlarda alovlanan Rusiya-Ukrayna münaqişəsi artıq qlobal taxıl, gübrə və enerji qiymətlərinə təsir edir və gələcək aylarda ərzaq təhlükəsizliyi və qidalanmaya təsirləri ilə daha da inflyasiyaya səbəb ola bilər", - o bildirib.

"Bloomberg”in yazarı Amanda Littl də bildirib ki, təkcə Amerikada artan aclıq epidemiyası müvəqqəti problemdən davamlı reallığa çevrilməkdədir. Onun sözlərinə görə, 2021-ci ildə hər altı amerikalıdan biri ərzaq banklarına kömək üçün müraciət edib. 


"ABŞ-da ac insanların sayı artmaqda davam edir", - o deyib. 

Dünya bankının proqnozuna görə, cari ilin iyunun 30-da  Kənd Təsərrüfatı Qiymətləri İndeksi 2021-ci ilin yanvarı ilə müqayisədə 34% yüksəkdir. Qarğıdalı və buğdanın qiymətləri 2021-ci ilin yanvarı ilə müqayisədə müvafiq olaraq  42%, düyü qiymətləri isə təxminən 8% aşağıdır. 

Bank hesabatında deyilir ki, bütün dünyada daxili qiymət inflyasiyası artmaqda davam edir - aşağı gəlirlilərin 94%-i, aşağı-orta gəlirlilərin 89%-i, yuxarı-orta gəlirlilərin 83%-i və yüksək gəlirli ölkələrin 70%-i yüksək ərzaq qiymətləri inflyasiyası yaşayır ( 5%-dən çox və bir çoxları ikirəqəmli inflyasiya görür. Əksər ölkələrdə ərzaq qiymətlərinin inflyasiyası ümumi inflyasiyanı üstələyib). 

Dünya Bankının 2022-ci ilin aprelində Əmtəə Bazarlarına Baxışlarına görə, Ukraynadakı müharibə qlobal ticarət, istehsal və əmtəə istehlakı modellərini dəyişdirərək, qiymətləri 2024-cü ilin sonuna qədər tarixən yüksək səviyyədə saxlayacaq və ərzaq təhlükəsizliyini və inflyasiyanı daha da gücləndirdi.

Sənədə görə, ərzaq qiymətləri onsuz da  yüksək idi və müharibə ərzaq qiymətlərini daha da yüksəldir. Ən çox təsirlənən mallar buğda, qarğıdalı, yemək yağları və gübrələrdir. Qlobal əmtəə bazarları aşağıdakı kanallar vasitəsilə yuxarı risklərlə üzləşir: taxıl tədarükündə azalma, yüksək enerji qiymətləri, yüksək gübrə qiymətləri və əsas limanların bağlanması səbəbindən ticarətin pozulması.

Göründüyü kimi, qlobal miqyasda aclıq səviyyəsi həyəcan verici dərəcədə yüksək olaraq qalır. 2022-ci il Ərzaq Böhranları üzrə Qlobal Hesabatda bildirildiyi kimi, 2021-ci ilin nəticələri bütün əvvəlki rekordları üstələyib, 193 milyona yaxın insan kəskin şəkildə qida çatışmazlığından əziyyət çəkir.  Bu da 2020-ci ildə əldə edilən  ən yüksək səviyyə ilə müqayisədə təxminən 40 milyon insan artıma bərabərdir.

Dünya Bankının 83 ölkədə apardığı sürətli telefon sorğuları göstərir ki, COVID-19 pandemiyasının ilk iki ilində xeyli sayda insan qida çatışmazlığından əziyyət çəkir və ya istehlakını azaldır. Azaldılmış kalori qəbulu və pozulmuş qidalanma yoxsulluğun azaldılması və sağlamlıq sahəsində qazancları təhdid edir və gənclərin, eləcə də uşaqların beyinlərinin inkişafına davamlı təsir göstərə bilər.

Bundan əlavə, Ümumdünya Ərzaq Proqramı və FAO 2022-ci ilin iyun-sentyabr aylarında kəskin ərzaq təhlükəsizliyinin 20 ölkədə və ya bölgədə pisləşə biləcəyi barədə xəbərdarlıq edib.
 
Ləman Qasımova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Dünya 11:07
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
Dünya 13:18
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
İran ABŞ-la danışıqlara hazırdır
Dünya 15:28
İran ABŞ-la danışıqlara hazırdır
 Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Dünya 13:35
Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb  - Video
Dünya 15:29
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb - Video
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Dünya 23:21
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Dünya 06:29
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Rusiya  taxıl müqaviləsini uzatmayacağını bildirib
Dünya 16:17
Rusiya taxıl müqaviləsini uzatmayacağını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol