Avropaya indiyədək 13,5 mlrd. kubmetr qaz verilib

Bir ildən artıq müddətdə Avropaya 13,5 milyard kubmetr qaz tədarük olunub. Bunun 1,4 milyard kubmetri Yunanıstanın, 440 milyon kubmetri isə Bolqarıstanın payına düşüb. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov məlumat verib.
www.anews.az
"Bolqarıstana ilk 6 ayda 160 milyon kubmetr olan qaz ixracının ilin sonuna 600 milyon kubmetrə çatacağı planlaşdırılır. İyulun 1-dən Bolqarıstana tam həcmdə, gündəlik 2,6 milyon kubmetr qaz ixrac edilir ki, bu da gündəlik tədarükdə 1,7 milyon kubmetr artım deməkdir", - nazir deyib.
Ləman Qasımova
www.anews.az
Son xəbərlər
Daha çox 