• $ 1.7
  • € 1.9855
  • ₽ 0.022439
  • ₺ 0.0378
  • £ 2.2888

Polis zorakılığına etiraz edən məşhur rejissorlar həbs edilib

Polis zorakılığına etiraz edən məşhur rejissorlar həbs edilib
09.07.2022 22:59
İranda sosial şəbəkə hesabında polis zorakılığına etirazla bağlı bəyanat yerləşdirən məşhur rejissor, 70-ci Kann Beynəlxalq Film Festivalının "Xüsusi baxış” mükafatını almış Məhəmməd Rəsulof və onun həmkarı Mustafa Əl-Əhməd polis tərəfindən həbs ediliblər. Bu barədə "The Variety” məlumat yayıb.

Qeyd olunub ki, Məhəmməd Rəsulof bir il müddətinə həbs cəzası alıb. Rejissorun nümayəndəsi qeyd edib ki, Rəsulof təkadamlıq kamerada saxlanılır. O, həmçinin adətən iranlı siyasi məhbusların saxlandığı Tehranın Evin həbsxanasında dindirilir.

"İRNA” xəbər agentliyinin məlumatına görə, rejissorlar may ayında Abadan şəhərində 41 nəfərin ölümü ilə nəticələnən etirazlardan sonra İran polisini silahları yerə qoymağa çağırış etdikləri üçün saxlanılıblar.

Rəsulof və Əl-Əhməd polis zorakılığına qarşı petisiya başladıblar və bu petisiya İran kino ictimaiyyətinin daha 70 üzvü tərəfindən imzalanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın iştirak etdiyi tədbirdə atışma baş verib - Yenilənib -Video
Dünya 09:10
Trampın iştirak etdiyi tədbirdə atışma baş verib - Yenilənib -Video
Şahbaz Şərif və Məsud Pezeşkian regional məsələləri müzakirə ediblər
Dünya 23:29
Şahbaz Şərif və Məsud Pezeşkian regional məsələləri müzakirə ediblər
Orban deputat mandatından imtina edib
Dünya 22:10
Orban deputat mandatından imtina edib
Abbas Əraqçi Omana gedib
Dünya 21:32
Abbas Əraqçi Omana gedib
Uitkoff və Kuşnerin Pakistan səfərini ləğv edilib
Dünya 20:03
Uitkoff və Kuşnerin Pakistan səfərini ləğv edilib
Tramp, Netanyahu və Aunun görüşü mayın ikinci ongünlüyünə planlaşdırılır
Dünya 18:30
Tramp, Netanyahu və Aunun görüşü mayın ikinci ongünlüyünə planlaşdırılır
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
Dünya 09:00
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol