Azərbaycanda neft hasilatı - AZALMAQDA DAVAM EDİR - RƏQƏMLƏR AÇIQLANDI

Azərbaycanda neft hasilatı növbəti il də azalmaqdadır.
Energetika Nazirliyi xəbər verir ki, 2022-ci ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 16,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 milyon ton və ya 4% azdır.
Xatırladaq ki, 2021-ciilin ilk 6 ayında da neft hasilatı 2020-ci ilin ilk yarısı ilə müqayüisədə təqribən 2% azalmışdı.
10,4 milyon tonu "Azəri-Çıraq-Günəşli”nin,
2,2 milyon tonu (kondensat) "Şahdəniz”in
3,9 milyon tonu SOCAR-ın payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə "Azəri-Çıraq-Günəşli”dən çıxarılan neft 1 milyon ton və ya 8,8% azalıb.
"Şahdəniz”dən çıxarılan kondensat nefti 0,3 milyon ton və ya təqribən 16% artıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 