“SOCAR Energy Ukraine” benzin idxalının yeni istiqamətlərini açıqlayıb

Ukraynada 57 yanacaqdoldurma məntəqəsinə sahib olan Azərbaycan şəbəkəsi "SOCAR Energy Ukraine” cari ilin iyun ayında benzin idxalını ötən ilki həcminə çatdırıb.u SOCAR-ın Ukraynadakı törəməsi "SOCAR Energy Ukraine" şirkətinin yanacaqdoldurma şəbəkəsinin direktoru İqor Orlov Ukrayna nəşrinə müsahibəsində deyib.
"Özümüzə məxsus və icarəyə götürülmüş yanacaq daşıyan maşınlarımızla həftədə 15-dən çox reys həyata keçiririk. Müharibə başlayandan sonra biz çatdırılma coğrafiyasını xeyli genişləndirmişik. Almaniya, İtaliya, Finlandiya, Yunanıstan və s. ölkələrə məhsul idxal etməyə başladıq. Həmçinin, ənənəvi istiqamətlərimiz də qalmaqdadır: Slovakiya, Polşa, Litva, Rumıniya və Moldova. İyul ayından Bolqarıstandan öz benzinimizi idxal etməyə başladıq.
O hesab edir ki, şirkət idxalın ikiqat səviyyəsinə çata bilər, lakin bu, təkcə Ukraynadan deyil, həm də idxal edən ölkələrdən asılıdır.
Amma Avropada təsir etmək mümkün olmayan bir çox başqa nüanslar var. Məsələn, onların qaydalarına görə, havanın temperaturu 35 dərəcədən yuxarı qalxarsa, o zaman yanacaqla hərəkət edən qatarlar dayanmalıdır. Bu, çatdırılmaların ritminə əhəmiyyətli dərəcədə təsir edir, əsasən də indi çöldə istilər olan zaman."
Onun sözlərinə görə, Ukrayna müharibə başlamazdan əvvəl ölkədə istehlak edilən neft məhsullarının 70 %-ni əsasən Rusiya, Belarus və dəniz yolu ilə idxal edib.
O vurğulayıb ki, hazırda bu kanallar tamamilə bağlanıb: "Bundan başqa, Rusiya raketləri Ukraynanın 20-yə yaxın neft anbarını məhv edib. Həmçinin hərbi əməliyyatlar nəticəsində ölkədə benzin istehlakının təxminən yarısını təmin edən Kremençuq və Şebelinski neftayırma zavodlarının fəaliyyəti dayanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 