• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

OPEC ölkələri iyunda hasilatı sutkada 234 min barel artırıb

OPEC ölkələri iyunda hasilatı sutkada 234 min barel artırıb
12.07.2022 21:30
İyun ayında OPEC ölkələri tərəfindən neft hasilatının həcmi sutkada 28,72 milyon barel təşkil edib.

"Report” kartelin aylıq hesabatına istinadən xəbər verir ki, bu, may ayı ilə müqayisədə sutkada 234 min barel çoxdur.

İyun ayında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İran, Küveyt və Anqolada neft hasilatı artıb, Liviya və Venesuelada hasilat həcmi azalıb. Nigeriya, Ekvatorial Qvineya, Konqo və Anqola kimi ölkələr isə texniki çətinliklərə görə hasilatı artıra bilmirlər.

"May ayı üzrə ilkin məlumatlara görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft və neft məhsullarının ümumi kommersiya ehtiyatları əvvəlki ayla müqayisədə 10,5 milyon barel artıb. Ehtiyatlar 2,68 milyard barel təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 253 milyon barel, beşillik orta göstəricidən 312 milyon barel, 2015-2019-cu illərin orta səviyyəsindən isə 276 milyon barrel azdır”, - hesabatda deyilir.

OPEC həmçinin 2022-ci ildə neftə tələbat proqnozunu saxlayıb. Hesabata əsasən, təşkilat orta tələbatın gündəlik 100,3 milyon barel səviyyəsində olacağını gözləyir.

OPEC eyni zamanda 2023-cü ilə qədər Rusiyada neft və qaz kondensat hasilatının sutkada 0,2 milyon barel azalaraq 10,4 milyon barelə düşəcəyini proqnozlaşdırır.
 
Bununla belə, OPEC 2022-ci il üzrə hasilat proqnozunu saxlayıb: ilin yekununda neft hasilatının sutkada 10,63 milyon barel təşkil edəcəyini gözlənilir. Bu isə 2021-ci illə müqayisədə 1,6% azdır

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat 17:00
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
Азербайджанская нефть подорожала почти на 1%
İqtisadiyyat 09:20
Азербайджанская нефть подорожала почти на 1%
Rubl və avro bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Rubl və avro bahalaşıb - Məzənnə
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
İqtisadiyyat 08:35
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol