Azərbaycanda icmal büdcənin gəlirləri bu il artacaq

2022-ci ildə Azərbaycanda icmal büdcənin gəlirləri 38,7%, 2023 və 2024-cü illər üzrə isə 39% artacaq. Bu proqnozlar Beynəlxalq Valyuta Fondunun (BVF) bəyanatında bildirilib.
2025-ci il üzrə bu göstəricinin 36,4%, 2026-cı il üzrə 33,1%, 2027-ci il üzrə isə 31,4% artacağını proqnozlaşdırıb.
Sənədə görə, 2028-ci ilə kimi Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları isə 8,275 milyard dollara qədər artacaq.
İcmal büdcənin ümumi xərcləri isə bu il üzrə 29%, 2023-cü ildə 30,2%, 2024-cü ildə 31,7% artacaq. 2025, 2026, 2027-ci illər üzrə isə artım müvafiq olaraq 32,9%, 33,3% və 33,6% təşkil edəcək.
Ləman Qasımova
www.anews.az
Son xəbərlər
Daha çox 