Elektrik enerjisi istehsalı artıb - Nazirdən AÇIQLAMA

2022-ci ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 2.3% artaraq 13 520,5 mln. kVt/st təşkil edib. Bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb.
"Hesabat dövründə ölkənin elektrik enerji ixracı 664.1 mln. kVt/st, idxalı isə 71,1 mln. kVt/st olub. Bu ilin yanvar-iyununda ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 205,3 mln. kVt/st artımla 1162,7 mln kVt/st elektrik enerjisi istehsal edilib", - nazir qeyd edib.
Ləman Qasımova
www.anews.az
Son xəbərlər
Daha çox 