• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Gömrük xətti ilə büdcə daxilolmaları artıb

Gömrük xətti ilə büdcə daxilolmaları artıb
14.07.2022 14:18
2022-ci il yanvar-iyununda Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə  ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,6% artaraq 2 539 750,6 min manat vəsait daxil olub. Bu barədə komitədən bildirilib.

Komitənin açıqlamasına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin uyğun dövrü ilə müqayisədə 14,5% artaraq 638 310,7 min manat təşkil edib.
 
ƏDV üzrə daxilolmalar isə 30,4% artaraq 1 802 834,4 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk altı ayında daxilolmalar 10,2% azalaraq 69 916,4 min manat təşkil edib.

Bu ilin iyununda Komitəsinin xətti ilə dövlət büdcəsinə 475 956,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 26,5%, bu ilin mayı ilə müqayisədə isə 12,7% çoxdur.

Cari ilin iyununda dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 19% artaraq 123 918,8 min manat olub. Bu ilin may ayı ilə müqayisədə isə bu göstərici həmçinin 19% artıb.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol