İstehsal olunan ümumi daxili məhsulun həcmi açıqlanıb

2022-ci ilin yanvar-iyununda ölkədə 63364,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu barədə Dövlət Statistika komitəsi məlumat yayıb.
Bildirilir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 9,6 faiz artıb.
ÜDM istehsalının 53,3 faizi sənaye, 7,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 6304,9 manata bərabər olub.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 