• $
  • £

Azərbaycana 60 milyon avro həcmində sərmayə yatırılacaq

Azərbaycana 60 milyon avro həcmində sərmayə yatırılacaq
18.07.2022 21:23
Sabah Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası baş tutacaq və orada ikitərəfli əməkdaşlığımızın inkişafı müzakirə ediləcək. Biz hazırda yeni ikitərəfli saziş üzərində çalışırıq və ümid edirik ki, iş tezliklə yekunlaşacaq. Onun məqsədi iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlığı genişləndirməkdir.

Bu barədə iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Prezident İlham Əliyev ilə görüşdən sonra mətbuata açıqlamasında bildirib.

Avropa İttifaqının (Aİ) Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarı olduğunu vurğulayan xanım Fon der Lyayen qeyd edib ki, sərmayə qoyuluşu baxımından da Azərbaycan üçün ən vacib mənbələrdən biridir:
"Biz bunu genişləndirmək istəyirik. Biz 2024-cü ilə qədər 60 milyon avro həcmində Avropa İttifaqı sərmayəsini Azərbaycana yatıracağıq, iqtisadi və sərmayə planı 2 milyard avroya qədər əlavə sərmayənin səfərbər edilməsi potensialına malikdir. Həmin plan artıq icra olunur və Azərbaycanda təqribən 25 min kiçik və orta şirkətə dəstək verir”.

Bakı limanının dayanıqlı nəqliyyat qovşağına çevrilməsinə töhfə verildiyini qeyd edən Y.Fon der Lyayen deyib.

"Bu, bizim üçün Sizin də qeyd etdiyiniz bağlılıq mövzusu baxımından da olduqca vacibdir. Biz bunu da müzakirə etdik. Bu mənada xalqlarımızın və cəmiyyətlərimizin daha da yaxınlaşdırılması da xüsusi əhəmiyyət kəsb edir",- Lyayen bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol