• $
  • £

Prezidentdən yeni TƏYİNAT

Prezidentdən yeni TƏYİNAT
19.07.2022 16:32
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Samir Ayət oğlu İdayətov təyin edilib.

Samir Ayət oğlu İdayətov 10 may 1980-ci il təvəllüdlüdür. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnib. 2011-2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə üzrə əlavə ali təhsil alıb. 2003-2004-cü il tarixlərində hərbi xidmətdə olub. 2002-2017-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, 2017-ci ildə Dövlət Toxum Fondunda sədr, şöbə müdiri işləyib. 2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini, 2020-ci ildə "Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu" ASC-də sədr müavini olub. 10.11.2021-ci ildən yeni təyinata qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsində işləyirdi.

Ailəlidir, 3 övladı var.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol