Ərdoğan Türkiyənin Rusiya ilə qaz sahəsində əməkdaşlığı davam etdirməyi planlayır
Türkiyə Rusiya ilə qaz və Akkuyu AES-də əməkdaşlığı davam etdirməyi planlaşdırır. "Haber Türk” qəzeti xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən təyyarədə olarkən jurnalistlərə açıqlamasında deyib.
Siyasətçinin sözlərinə görə, hazırda Rusiya prezidenti Vladimir Putinin Ankaranın Ukraynadakı səylərinə münasibəti müsbətdir və bununla bağlı o, Türkiyə tərəfinə minnətdarlığını bildirir.
"Ümid edirəm ki, təbii qaz məsələsində, Akkuyu məsələsində və digər məsələlərdə həmrəyliyimizi davam etdirəcəyik”, - Türkiyə lideri bildirib.
Bundan əvvəl Bloomberg agentliyi bildirib ki, Ərdoğan iyulun 19-da Tehranda keçirilən görüşdə rusiyalı həmkarı Vladimir Putinlə qazın ödənişini ABŞ-dan başqa valyutalarla müzakirə etməyi planlaşdırır.
www.anews.az

Agentliyin məlumatına görə, tərəflər hazırda ticarət ödənişləri, o cümlədən enerji əməliyyatları üzrə yerli valyuta ilə təklif hazırlayır. Bu, Türkiyəyə valyuta ehtiyatlarına qənaət edərək enerji idxalı üçün lirədən istifadə etməyə imkan verə bilər.
Gülnar
www.anews.az