“Yelo Summer Challenge” proqramının iştirakçıları seçildi

Gənclərin inkişafına, istedadların yetişdirilməsinə böyük önəm verən Yelo Bankmütəmadi olaraq müxtəlif təlim və fərdi inkişaf layihələri təşkil edir.
Bank bu yay "Yelo Summer Challenge” adlı ənənəvi təlim proqramını yenidən başladı. İyul ayından etibarən start götürən proqramda 900-dən çox müraciət arasından istedadlı 30 gənc seçilib. İştirakçılar maliyyə, insan kapitalı, hüquq, pərakəndə bankçılıq, İT, marketinq və digər departamentlərdə Yelo komandası ilə birgə çalışaraq nəzəri biliklərlə yanaşı, həm də praktiki bacarıqlar əldə edəcəklər.
Yelo Bankın Baş ofisində proqramın açılış mərasimi üçün bank kollektivi və iştirakçılar bir araya gəldi. Tədbirdə bank nümayəndələri iştirakçıları salamlayaraq Yelo dəyərləri, məhsulları, buradakı peşəkar inkişaf imkanları, Agile metodologiyası haqqında məlumat verib, öz təcrübələrini bölüşdülər.
avqustadək davam edəcək proqramda fəallığı ilə seçilən iştirakçılar Yelo Bankda işlə təmin olunacaqlar. Bank gələcəkdə də gənclərlə bağlı müxtəlif tədbirləri həyat keçirməyi planlaşdırır.
Yelo Bank – Parlaq bankçılıq!




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 